Sabahdan hava pisləşəcək - Xəbərdarlıq

Sabahdan hava pisləşəcək - Xəbərdarlıq
  31 Oktyabr 2014    Oxunub:1248
Sabaha yağıntılı hava proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə havanın çiskinli olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabır yağış yağacaq, bəzi yerlərdə intensivləşmə ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti