Sabahdan ərizə qəbulu başlayır

Sabahdan ərizə qəbulu başlayır
  30 İyun 2016    Oxunub:1952
Sabahdan etibarən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başlanılacaq.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, elektron ərizələrin qəbulu iyulun 17-dək davam edəcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ ərizə qəbulu, ikinci mərhələr test imtahanı, üçüncü mərhələ vakant yerlərin seçilməsi, dördüncü mərhələ müsahibə mərhələsidir.

Sonuncu müsahibə mərhələsinin açıq dərs formatına uyğun keçiriləcək. Qəbul olan müəllim öz ixtisasına uyğun mövzu ətrafında sinifdə 15-20 dəqiqə ərzində dərs keçəcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedoqoji ixtisaslar üzrə başa vuran və təhsili haqqında dövlət sənədi almış, hazırda müddətsiz müqavilə ilə işləməyənlər və ya müddətli müqavilə ilə işləyənlər iştirak edə bilərlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti