Sabah yay vaxtına keçəcəyik

Sabah yay vaxtına keçəcəyik
  28 Mart 2015    Oxunub:1788
Martın 29-da Azərbaycan Respublikasında yay vaxtına keçiləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, mart ayının sonuncu bazar günü, yəni martın 29-da saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçiləcək.

Qeyd edək ki, hər il oktyabr ayının son bazar günü isə saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.


Teqlər:





Xəbər lenti