Sabah sulu qar yağacaq

Sabah sulu qar yağacaq
  01 Noyabr 2014    Oxunub:1948
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, havanın gecəyə doğru yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 8-10, gündüz 10-13, axşama doğru 5 dərəcəyədək isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yağış yağacağı, bəzi yerlərdə yağıntıların intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti