Sabah sulu qar, qar yağacaq

Sabah sulu qar, qar yağacaq
  24 Noyabr 2014    Oxunub:1654
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək.

Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Rayonlarda hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti