Sabah şimşək çaxacaq, yağış yağacaq

Sabah şimşək çaxacaq, yağış yağacaq
  27 İyul 2016    Oxunub:1532
İyulun 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək

Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 22-24, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcəisti olacağı gözlənilir.

İyulun 28-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti