Sabah şimşək çaxacaq, dolu düşəcək

Sabah şimşək çaxacaq, dolu düşəcək
  31 May 2016    Oxunub:1376
İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturu gecə 16-19, gündüz 22-27, Bakıda gecə 17-19 dərəcə, gündüz 25-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 25-30, dağlıq rayonlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi xəbərdarlığa gəlincə isə, iyunun 1-3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti