Sabah qaz olmayacaq

Sabah qaz olmayacaq
  29 İyun 2016    Oxunub:1407
Bakının rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
AzVision.az-ın “Azəriqaz”a istinadən məlumatına görə, İB-nin Təmir Tikinti İdarəsi tərəfindən yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, qaz xətlərində aparılacaq təmir işləri və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar iyunun 29-da saat 9-dan işlər yekunlaşanadək Bakının Xəzər rayonunun Zirə, Binə və Qala qəsəbələrinin, Sabunçu rayonunun Sabunçu və Bakıxanov qəsəbələrinin, Anaşkin adlanan ərazinin, eləcə də Sabirabad rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti