Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  28 Aprel 2015    Oxunub:1201
Aprelin 29-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a veirlən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-13, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və gündüz bəzi yerlərdə duman olacaq. Qərb rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 26 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Bəzi yerlərdə 20 dərəcəyədək isti olacaq.
Tibbi metereoloji proqnoza gəlincə, yaxın iki gün ərzində Abşeron yarımadasında əlverişli olan komfort hava şəraiti gözlənilir.


Teqlər:





Xəbər lenti