Sabah hava mülayim olacaq

Sabah hava mülayim olacaq
  28 Avqust 2015    Oxunub:1446
Sabah Avqustun 29-dəa Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az - a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz cənub şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti