Sabah əsl yay havası olacaq

Sabah əsl yay havası olacaq
  27 Aprel 2015    Oxunub:1331
Aprelin 28-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında bəzən şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-15, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti