Sabah bu rayonlar qazsız qalacaq

Sabah bu rayonlar qazsız qalacaq
  03 May 2016    Oxunub:2017
Mayın 4-də saat 10:00-dan 20:00-a qədər “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara magistral qaz kəmərləri sahəsinin “Göytəpə” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Bu barədə AzVision.az-a SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təmir müddətində Ağsu rayonunun Padar, Cəlilabad rayonunun Göytəpə, Təklə, Pirilini, Ağdaş, Bəcirəvan və Maşalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti