Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq
  26 Noyabr 2015    Oxunub:1703
Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq
AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, noyabrın 27-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Albalı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakının Xəzər rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.


Teqlər:





Xəbər lenti