Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq
  27 İyul 2015    Oxunub:2243
Sabah iyulun 28-də Azərbaycanda mövcud olacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az - a verilən xəbərə görə, sabah Azərbaycan ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin günəşli olacağı, şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 21-26, gündüz 35-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti