Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq
  31 İyul 2014    Oxunub:848
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 1-də Bakıda və Abşeron yarmadasında havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.
Dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti