Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq
  23 İyul 2014    Oxunub:1535
Sabah Bakıda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, iyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 24-də hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, cənub küləyi əsəcək. Dağlıq rayonlarda arabir güclənəcək.Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti