Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq
  18 Aprel 2014    Oxunub:984
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz olacaq, mülayim cənub, şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında aprelin 19-da havanın temperaturu gecə 9-12, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin gecə və səhər bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 23-28 dərəcə, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır.

İsti hava şəraiti aprelin 20-də də davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti