Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  26 Oktyabr 2016    Oxunub:1251
Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departmentindən AzVision.az -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Sabah havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti olacağı gözlənilir. Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti