Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
  08 Dekabr 2016    Oxunub:2475
Dekabrın 9-da saat 09:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Sabirabad”, “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar”, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
AzVision.az SOCAR-a istinadən xəbər verir ki, təmir işlərinin Saatlı, İmişli və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

AzVision.az


Teqlər:  





Xəbər lenti