Saakaşvilinin müavini istefa verdi

Saakaşvilinin müavini istefa verdi
  05 May 2016    Oxunub:1445
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin müavini Aleksandr Barovik istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə o, Facebook-da bildirib:

“Mayın 1-də dövlət xidməti haqda yeni qanun qüvvəyə minib. Qanun dövlət işçilərinə Ukraynadan başqa dövlətin vətəndaşı olmağı qadağan edir. Mən heç vaxt Avropa Birliyinin vətəndaşı olduğumu gizlətməmişəm. Almaniya hökumətinə minnətdaram ki, məni ikili vətəndaşlıqla təmin etdi. Bunun sayəsində Ukraynada yaxşı komanda daxilində çalışdım”.

AzVision.az


Teqlər:





Xəbər lenti