Saakaşvilinin xanımı mübarizəni dayandırdı

Saakaşvilinin xanımı mübarizəni dayandırdı
  24 Oktyabr 2016    Oxunub:3798
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs Zuqdidi şəhərində birmandatlı dairə üzrə parlament seçkilərinin ikinci turunda iştirak etməyəcəyini açıqlayıb.
Rulovs bunu bu gün “Odişi Nyus” telekanalına açıqlamasında bildirib.

Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd olan S. Rulovs deyib ki, səsvermə prosesinin gedişində ciddi pozuntular olub və seçkilərin ikinci turunda iştirak etməyi məqsədəuyğun saymır.

Qeyd edək ki, MSK-nın məlumatına görə, Zuqdidi dairəsi üzrə seçkilərin ilkin nəticələrinə əsasən S. Rulovs bu dairədə seçicilərin səslərinin 44,48 faizini, hakim Gürcü Arzusunun namizədi Edişer Toloraya isə səslərin 48,63 faizinin səsini toplayıb. Namizədlərdən heç bir 50 faiz+1 səs toplamadığı üçün seçkilərin ikinci turu təşkil olunacaq. S. Rulovs ikinci turda iştirak etmək istəmədiyini açıqlasa da, seçki qanunvericiliyinə əsasən ikinci turda da onun adı seçki bülletenində olacaq. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti