Saakaşvili cangüdənlərindən imtina etdi

Saakaşvili cangüdənlərindən imtina etdi
  11 Fevral 2016    Oxunub:2175
Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsaka məktub yazaraq, mühafizədən imtina etdiyini bildirib.
Bu barədə o, Facebook səhifəsində bildirib.

`Mən heç kimdən və heç nədən qorxmuram və bundan sonra Odessada və bütün ölkə ərazisində mühafizəçilər olmadan hərəkət edəcəyəm`, -deyə Saakaşvili qeyd edib.

Qubernator bu addımı son hadisələrə, bəyanatlara, həmçinin əlində olan informasiyaya əsaslanaraq atmaq qərarına gəldiyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti