SOCAR-dan “Qalatasaray”la bağlı açıqlama

SOCAR-dan “Qalatasaray”la bağlı açıqlama
  22 İyul 2014    Oxunub:881
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin “Qalatasaray” klubuna forma sponsorluğu ilə bağlı razılığa gəldiklərinə dair xəbərlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Sportnet.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev açıqlama verib.

N. Quliyev Türkiyə mətbuatının yazdıqlarını təkzib edib: “Mən bilmirəm ki, bu cür xəbərlər haradan qaynaqlanır. Bizim gündəmimizdə belə bir məsələ yoxdur”.

Qeyd edək ki, Türkiyə KİV-i “Qalatasaray”ın yeni mövsümdən formasında SOCAR-ı reklam edəcəyinə dair xəbər yayıb. Hətta Azərbaycan şirkətinin bir illik reklam üçün “sarı-qırmızılar”a 20 milyon avro ödəyəcəyi vurğulanıb.


Teqlər:





Xəbər lenti