Rusların Ukraynaya girişi qadağan edildi

Rusların Ukraynaya girişi qadağan edildi
  01 Mart 2015    Oxunub:1438
Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 1 mart 2015-ci il tarixindən Rusiya vətəndaşlarının ölkəyə daxili pasportla girişini qadağan edilib.
APA-nın məlumatına görə, Rusiya vətəndaşları bundan sonra Ukrayna ərazisinə yalnız xarici, diplomatik və xidməti pasportlarla daxil ola biləcəklər.

Hazırda Ukrayna ərazisində olan Rusiya vətəndaşları isə ölkəni gəldikləri sənədlərlə tərk edə biləcəklər.

Bundan başqa, Ukrayna hakimiyyəti Rusiyanın sərhəd regionları üçün də bəzi məhdudiyyətlər tətbiq edilməsi məsələsinə baxır.


Teqlər:  





Xəbər lenti