Ruslar peyğəmbərin karikaturasına qarşı çıxdılar

Ruslar peyğəmbərin karikaturasına qarşı çıxdılar
  28 Yanvar 2015    Oxunub:2440
AzVisin.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “İctimai Rəyin Öyrənilməsinin Ümumrusiya Mərkəzi” tərəfindən keçirilən sorğuya istinadən xəbər verir.

Rusların 62 faizi dini mövzuda karikaturanın yolverilməz olduğunu düşünür.

Rusiya əhalisinin böyük əksəriyyəti ölkədə dini mövzuda karikaturanın nəşr edilməsinə qarşıdır.

Respondentlərin 89 faizi Rusiyada karikaturaların nəşr olunmamasını vurğulayıb.

Rəyi soruşulanların 46 faizi Məhəmməd peyğəmbərin karikaturlarını “KİV-in müsəlmanları təhqir edən məsuliyyətsiz hərəkəti” kimi dəyərləndirib. Rusların 14 faizi isə bunu Qərbin İslama qarşı planlaşdırılmış hücumu kimi qiymətləndirib.

Rusların 5 faizi isə “Charle Hebdo” jurnalında karikaturaların dərc edilməsini söz azadlığı kimi qiymətləndirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti