Ruslar məktəblərdə hicablara qarşıdı

Ruslar məktəblərdə hicablara qarşıdı
  30 İyun 2015    Oxunub:2625
Rusiya Federasiyasının sakinlərinin böyük əksəriyyəti (74%-i) təhsil müəssisələrində hicabda dərslərə gəlməyin yolverilməz olduğunu düşünüb.
Bu barədə AzVision.az `İnterfax`a istinadən xəbər verir ki, bu barədə `Levada – Mərkəzin` keçirdiyi sorğuya əsasən xəbər verir.

Respondentlərin 18%-i isə təhsil müəssisələrində hicaba qarşı olmadıqlarını bildirib. Rəyi soruşulan şəxslərin 9%-i isə bu suala cavab verməyə çətinlik çəkib.

Sorğu 19-22 iyun tarixlərində ölkənin 46 regionunda 134 yaşayış məntəqəsində 800 nəfər arasında aparılıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti