Ruslar daxili pasportla Ermənistana gedəcəklər

Ruslar daxili pasportla Ermənistana gedəcəklər
  22 Fevral 2017    Oxunub:1555
Rusiya vətəndaşları fevralın 23-dən etibarən daxili pasportla Ermənistana səfər edə biləcəklər.
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla birgə Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

“Sabahdan etibarən vizasız səfərlər razılaşması qüvvəyə minir. Bununla da müvafiq olaraq Rusiya vətəndaşları daxili pasportlar hesabına Ermənistana səfər edə biləcəklər”, - deyə Lavrov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti