Ruslar Serbiyanı qana bulamaq istəyirdi

Ruslar Serbiyanı qana bulamaq istəyirdi
  28 Oktyabr 2016    Oxunub:1666
Rusiya vətəndaşları Monteneqroda terror aktı planlaşdırırmış.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Kommersant” qəzeti yayıb. Qeyd olunub ki, saxlanılan şəxslər artıq Serbiyadan deportasiya olunublar.

Bildirilib ki, iki ölkə arasında münasibətlərin pozulmaması üçün məsələyə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev əl qoyub və dərhal Serbiya rəhbərliyi ilə gizli danışıqlar aparıb. Bunun üçün Patruşev oktyabrın 26-da Serbiyaya səfər edib. Məhz bu hadisə əvvəldən elan olunmamış səfəri ilə üst-üstə düşüb.

Səfərin məqsədi təhlükəsizlik sahəsində anlaşma memorandumunun imzalanmasına dair hazırlıq göstərilib. Lakin sənəd imzalanmayıb. Belə ki, Patruşev deyib ki, bu sənəd çoxdan müzakirə olunur və ən yaxşı halda gələn ilin yazında Təhlükəsizlik üzrə Beynəlxalq konfransda Rusiyada imzalana bilər.

Belqrad universitetinin təhlükəsizlik fakültəsinin professoru Zoran Draqişiç və serbiyalı hərbi ekspert Aleksandr Radiç hesab edir ki, səfər iki ölkə arasında diplomatik qalmaqalın qarşısının alınması məqsədilə həyata keçirilib.

“Kommersant”ın mənbələri bildirib ki, rəsmi Belqrad münasibətlərin gərginləşməsində maraqlı deyil. Bildirilib ki, Monteneqro NATO-ya daxil olmaq ərəfəsindədir, Rusiya isə buna qarşı çıxır.

Qeyd edək ki, rusların deportasiyası barədə ilk xəbəri Serbiyanın “Danas” qəzeti hakimiyyətə yaxın mənbəyə istinadən yayıb. Rəsmi Belqrad isə öz növbəsində xəbəri təkzib etməyib.

Xatırladaq ki, oktyabrın 16-da Monteneqroda terror aktları hazırlamaqda şübhəli bilinən 20 Serbiya vətəndaşı yaxalanıb. Saxlanılanlar arasında əcnəbilər də olub.

Faktı təsdiq edən Baş nazir Aleksandr Vuçiç əcnəbilərin hansı millətin nümayəndəsi olduğunu açıqlamayıb: “Serbiyanın bu cinayətdə hər hansı formada iştirak edəcəyini düşünənlər yanıldılar” - deyə bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti