Rusiyaya yeni və ciddi sanksiyalar qoyuldu

Rusiyaya yeni və ciddi sanksiyalar qoyuldu
  30 İyul 2014    Oxunub:1022
Avropa Birliyi ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdırıblar. Yeni sanksiyalar əvvəlkilərdən daha ciddidir və energetika, maliyyə, müdafiə sənayesi kimi sahələri əhatə edir.

Dünən gecə AB prezidenti Herman van Rompey və Avrokomissiyanın rəhbəri Xose Manuel Barrozunun adından açıqlanan rəsmi sənəddə deyilir ki, Rusiya dövlətinə məxsus maliyyə institutlarının Avropa maliyyə bazarına çıxışı məhdudlaşdırılır. Rusiya ilə silah və hərbi texnologiya alverinə qadağa qoyulur.

Bundan başqa, “həssas texnologiyaların” Rusiyaya satışı da dayandırılır. Xüsusilə də Rusiyaya neft sahəsinə aid heç bir texnologiya satılmayacaq.

Qərar AB ölkələrinin daimi üzvləri Komitəsinin (COREPER) müşavirəsində qəbul olunub. Yeni sanksiyalar iyulun 31-dən qüvvəyə minəcəklər.

Bəzi hesablamalara görə Rusiya təkcə bu il sanksiyalardan 23 milyard avro ziyana düşəcək. Gələn il isə bu ziyan 75 milyard avroya çatacaq. Bu, Rusiya ÜDM-nin uyğun olaraq 1.5 və 4.4 faizi deməkdir. “The Economist” jurnalı isə Rusiyanın itkilərinin hətta $1 trilyona çatacağını iddia edir.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti