Rusiyaya qarşı yeni sanksiyalar

Rusiyaya qarşı yeni sanksiyalar
  01 Sentyabr 2014    Oxunub:2464
Avstraliya hökuməti Rusiyaya qarşı müdafiə, maliyyə, neft-qaz sənayesi sahələrində yeni sankiyalar tətbiq edib.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən yeni sanksiyalar Rusiyaya silah, neft-qaz sahəsində avadanlıqların ixracının qadağan edilməsini, həmçinin Rusiya dövlət banklarının Avstraliya kapital bazarına çıxışını, və Krımla ticarət əlaqələrinin məhdudlaşdırılmasını nəzərdə tutur.

Bundan başqa Avstraliyaya girişi qadağan edilən Rusiya vətəndaşlarından ibarət siyahının da genişlənəcəyi gözlənilir.

Avstraliyanın baş naziri Toni Ebbot bəyan edib ki, yeni sanksiyalar Avropa İttifaqı tərəfindən qəbul olunan sanksiyalara uyğundur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti