Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək
  30 İyul 2014    Oxunub:842
ABŞ və Avropa Birliyi ölkələrinin diplomatları Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıblar
AzVision.az xəbər verir ki, bu gün qəbul olunan sanksiyalar Rusiya banklarının maliyyə bazarlarına çıxışını, silah, ikili təyinatlı məhsullar və enerji texnologiyları idxalını məhdudlaşdırır.

Yeni sanksiyalar iyulun 31-də qüvvəyə minəcək. 

Qeyd edək ki, Brusseldə verilən bu qərarın qəbul olunmasında ABŞ prezidenti Barak Obamanı mövqeyi həll edici olub. Toplantıya telefonla bağlantı quran ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin zəruriliyini əsaslandırıb.

Mənbə


Teqlər:  





Xəbər lenti