Rusiyanın oyununu azərbaycanlı hakim idarə edəcək

Rusiyanın oyununu azərbaycanlı hakim idarə edəcək
  29 Avqust 2016    Oxunub:1264
Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək.
AzVision.az “AFFA”-nın saytına istinadən xəbər verir ki, həmyerlimiz milli komandaların matçına təyinat alıb.

Ağayev sentyabrın 6-da keçiriləcək Rusiya və Qana yığmaları arasında yoldaşlıq oyununda baş hakim olacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.

Qeyd edək ki, Rusiya – Qana oyunu Moskvadakı “Lokomotiv” stadionunda keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti