Rusiyanın yeni uçuş aparatı səsdən də sürətlidir - FOTO

Rusiyanın yeni uçuş aparatı səsdən də sürətlidir - FOTO
  28 Oktyabr 2016    Oxunub:2358
Rusiya hərbçiləri səsdən sürətli uçuş aparatını uğurla sınaqdan keçiriblər.

AzVision.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, saniyədə 7 kilometr sürətlə hərəkət edə bilən aparatın sınaqdan keçirilməsi Orenburq vilayətində baş tutub.

Qeyd edək ki, yeni qurğu qitələrarası ballistik raketlərdə ənənəvi döyüş başlıqlarını əvəz edəcək. Uçuş aparatı 100 kilometr hündürlüklə hərəkət edərək hədəfi vurmaq iqtidarına malikdir.

Səsdən sürətli uçuş aparatında istifadə olunan bütün detallar Rusiya istehsalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti