Rusiyalı diplomatın ölüm səbəbi açıqlandı - (Yenilənib)

Rusiyalı diplomatın ölüm səbəbi açıqlandı - (Yenilənib)
  21 Fevral 2017    Oxunub:2947
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkinin ölümünə səbəb ürəyində yaranan problem olub.

Bu barədə “New York Post” qəzeti məlumat verib. Onun müavini Vladimir Safronkov bildirib ki, Vitaliy Çurkin iş yerində özünü qəflətən pis hiss edib. Diplomat hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

***
(21:27)

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin qəflətən vəfat edib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, rus diplomat 65 yaşının tamam olmasına bir gün qalmış Nyu-Yorkda dünyasını dəyişib.

Diplomatın qəfil ölümünün səbəbi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Çurkin 1952-ci il fevralın 21-də Moskvada anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. O, 2006-cı ildən Rusiyanın BMT yanında daimi nümayəndəsi işləyib, eyni zamanda, ölkəni BMT Təhlükəsizlik Şurasında təmsil edib. 1998-2003-cü illərdə Rusiyanın Kanadada səfiri vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti