Rusiyadan Qarabağın statusu ilə bağlı Açıqlama

Rusiyadan Qarabağın statusu ilə bağlı Açıqlama
  06 May 2016    Oxunub:3268
“Moskva Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinə yardım etməyə hazır olduğunu təsdiqləyir”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu siyasi və diplomatik yollarla müəyyən olunmalıdır:

“Münaqişənin həlli prinsipləri arasında Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2009-2013-cü illərdə verdiyi bəyanatlarda əks olunan Dağlıq Qarabağın statusunun hüquqi cəhətdən mütləq şəkildə öz iradəsini sərbəst şəkildə ifadə etmək yolu ilə müəyyən edilməli olması barədə fakt var”.

M. Zaxarova əlavə edib ki, rəsmi Moskva vasitəçi kimi digər həmsədr ölkələrlə birlikdə münaqişə tərəflərinə bu məqsədi həyata keçirmək üçün bütün lazımı kömək edəcəyinə hazırdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti