Rusiyada təyyarə qəzası - 3 nəfər öldü

Rusiyada təyyarə qəzası - 3 nəfər öldü
  06 Fevral 2016    Oxunub:1809
Rusiyanın Orenburq vilayətində Sterlitamak şəhərindən Orska uçan yüngül motorlu An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Təyyarənin qalıqları Orskdan bir az aralı Severovka rayonunda tapılıb. İlkin məlumata görə, qəzaya hava şəraitinin dumanlı olması səbəb olub. Əlverişsiz hava şəraiti axtarışları da çətinləşdirib.

Təyyarə “Layteyr” QSC-yə məxsusdur. Uçuşun məqsədi Orsk ətrafında neft kəmərinə baxış keçirmək idi.

Təyyarənin göyərtəsində olan iki ekipaj üzvü və bir “Transneft” şirkətinin nümayəndəsi hadisə yerindəcə ölüblər.


Teqlər:  





Xəbər lenti