Rusiyada partiya liderindən Türkiyəyə dəstək

Rusiyada partiya liderindən Türkiyəyə dəstək
  11 Fevral 2016    Oxunub:3740
Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov son günlər gərginləşən Rusiya-Türkiyə münasibətləri ilə əlaqədar partiyadaşlarını, deputatları və bütövlükdə ictimaiyyəti təmkinli olmağa çağırıb.
O, Rusiya ilə Türkiyə arasında 1921-ci ildə imzalamış dostluq və qardaşlıq müqaviləsinin ləğvini dəstəkləmədiyini bəyan edib. Kommunist lider “Türkiyə ilə münasibətləri gərginləşdirmək nəyə gərək?”-deyə qeyd edib.

Zuqanov bundan əlavə Moskva ilə Ankara arasında münasibətlərin kəskinləşməsinə yönəlik təklifləri qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, Rusiya Türkiyə ilə əlaqələri pisləşdirməməlidir.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının bəzi deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər. Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov bununla bağlı prezident Vladimir Putinə müraciət ünvanlayıblar.

Müraciətdə Ankara tərəfindən Moskvaya qarşı aqressiv siyasi xətt yeridilməsi əsas gətirilərək müqavilənin ləğvinə dair çağırış yer alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti