Rusiyada məşhur bankir həbs edildi

Rusiyada məşhur bankir həbs edildi
  18 Sentyabr 2014    Oxunub:1421
Rusiyanın məşhur bankirlərindən biri Pyotr Jurin polislər tərəfindən saxlanılıb.
Bu barədə AzVision.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir.

“Evrotrastbank”-ın sabiq rəhbərinin saxlanılması və ofisində axtarışların aparılması aktivlərin ölkədən çıxarılması işi üzrə aparılır.

Rusiya Daxili İşlər Nazirliyi Jurinin saxlanılması xəbərini şərh etməkdən imtina edib. Lakin Nazirlik “Evrorotrastbank” aktivlərinin xaricə çıxarılması işi çərçivəsində istintaq işlərinin aparıldığını təsdiqləyib.

Qeyd edək ki, Moskva Arbitraj Məhkəməsi “Evrotrast” bankının müflis olduğunu elan edib. Jurin isə şübhəli şəxs kimi saxlanılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti