Rusiyada helikopter qəzası - 15 ölü (YENİLƏNİB)

Rusiyada helikopter qəzası - 15 ölü (YENİLƏNİB)
  26 Noyabr 2015    Oxunub:3799
Rusiyanın Qərbi-Sibir Nəqliyyat Prokurorluğu Krasnoyarsk vilayətində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayının 15-ə çatdığını bildirib.

“Son məlumatlara görə, hadisə nəticəsində 15 nəfər ölüb. 10 nəfər xəstəxanaya yerləşdirilib. Daha bir nəfərin xilas edilməsi istiqamətinə işlər aparılır”, - deyə idarə rəsmisi vurğulayıb.

***
11:37

Rusiyada göyərtəsində 25 nəfər olan Mi-8 helikopteri qəzaya uğrayıb.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, helikopter Yenisey çayına düşüb.

İlkin məlumatlara görə, qəza nəticəsində on iki nəfər ölüb.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir. Hazırda hadisə yerində xilasedicilər işləyir. Ölənlərin sayının artacağı istisna edilmir.

Rusiya Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti