Rusiyada daha bir helikopter qəzası - 4 nəfər öldü

Rusiyada daha bir helikopter qəzası - 4 nəfər öldü
  29 Noyabr 2015    Oxunub:2037
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində “AS-350” vertolyotu qəzaya uğrayıb.
APA-nın xəbərinə görə, Rusiya Daxili İşlər Nazirliyi Regional İdarəsinin saytında yerləşdirilən məlumatda bildirilir ki, noyabrın 29-da qəzaya uğrayan vertolyotun göyərtəsində beş nəfər olub. Onlardan dördü ölüb, bir nəfərin aqibəti isə məlum deyil.

Tümen şəhərindən Xantı-Mansiyskə uçan vertolyot neft şirkətlərindən birinin əməkdaşlarını Surqut rayonundakı yatağa aparırmış.

İlkin məlumata görə, “Skol” aviaşirkətinə məxsus vertolyot qəza nəticəsində kiçik hissələrə parçalanıb.

Hazırda qəza yerində istintaq-əməliyyat qrupu işləyir. Qəzanın səbəbi hələlik məlum deyil.


Teqlər:  





Xəbər lenti