Rusiyada azərbaycanlı qəzaya düşdü - maşın külə döndü

Rusiyada azərbaycanlı qəzaya düşdü - maşın külə döndü
  29 Noyabr 2014    Oxunub:2046
Noyabrın 28-nə keçən gecə Rusiyanın Jerdevki şəhərinin Komissarova küçəsində "LADA 217030" markalı avtomobilin 21 yaşlı sürücüsü idarəetməni itirib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində maşın yolun kənarına aşaraq yanmağa başlayıb.

Sürücü möcüzə nəticəsində xilas olub. O yanan maşından çıxmağı bacarıb. Məlum olub ki, sürücü Azərbaycan Respublikası vətəndaşıdır.

Hər iki ayağı qırılan həmyerlimiz Uvorovski mərkəzi rayon xəstəxanasına aparılıb


Teqlər:  





Xəbər lenti