Rusiyada azərbaycanlı narkodiler tutuldu - Video

Rusiyada azərbaycanlı narkodiler tutuldu - Video
  11 Fevral 2016    Oxunub:2295
Rusiyada narkotik alveri ilə məşğul olan azərbaycanlı tutulub.
AzVision.az ölkənin daxili işlər nazirliyinə istinadən verdiyi məlumata görə, 41 yaşlı azərbaycanlı Naxodka şəhərinin Pastışev küçəsində saxlanılıb. Əməliyyatın keçirilməsində xüsusi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin, həmçinin cinayət axtarış şöbəsinin əməkdaşları və kinoloqlar cəlb olunublar.

Bildirilir ki, hüquq-mühafizə orqanları saxlanılan şəxsi uzun müddət izləyiblər və onu iş başında həbs ediblər.

Hüquq mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin yaşadığı mənzildə axtarış aparıb və 3 milyon rubldan çox pul vəsaiti götürüblər. Saxlanılan şəxs pulları divanın içərisində gizlədib.



İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti