Rusiyada azərbaycanlı ailənin faciəsi

Rusiyada azərbaycanlı ailənin faciəsi
  29 Noyabr 2015    Oxunub:2903
Rusiyanın uşaq hüqüqları üzrə səlahiyyətli nümayəndəsi Pavel Astaxov İrkutskda azərbaycanlı olduğu ehtimal olunan qadının iki azyaşlı uşağı və özünü 8-ci mərtəbədən atması hadisəsini nəzarətə götürüb.
“Biz bu faciənin bütün detallarını araşdırırıq. Hadisəyə nəyin səbəb olmasını müəyyən etməliyik. Bilmçəliyik ki bu dəhşətli addımı atmağa nə vadar edib - psixi pozğunluq, sosial səbəblər yoxsa başqa bir şey? Əfsuslar olsun ki, bu ilk ha deyil” – deyə Astaxov bildirib.

Noyabrın 28-i İrkutskun Novo-Lenino inzibati vilayətində 32 yaşlı ana əvvəlcə 2 və 4 yaşlı iki oğlunu daha sonra isə özünü 8--ci mərtəbədən atıb.

Aldığı xəsarətlərdən qadın yerindəcə dünyasını dəyişib. Hər iki uşaq kritik vəziyyətdə xəstanaya çatdırılsada 2 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Onun 4 yaşlı qardaşı hazırda İvano-Matreninskaya xəstəxanasında suni nəfəs aparatına qoşulub. Ailə başçısı hadisə baş verən zaman işdə olub.

Hadisə zamanı küçədə polislər olub. Onlar təcili tibb yardım çağırıblar və zərəçəkmişlərə ilk tibbi yardım göstəriblər.

Qonşuların sözlərinə görə, ailə Azərbaycandan olub. (Ans)


Teqlər:





Xəbər lenti