Rusiyada 27 erməni həbs edildi - VİDEO

Rusiyada 27 erməni həbs edildi - VİDEO
  27 May 2016    Oxunub:3444
Rusiyanın Stavropol diyarının Minvod mərkəzi xəstəxanasında kütləvi dava zamanı rus gənci öldürən ermənilərə hökm oxunub.
Məhkəmə davanın 27 iştirakçısına ittiham elan edib. Ən böyük həbs müddətini davanın səbəbkarı Andranik Çakanyan alıb. Sakanyan cəzasını ciddi rejimli kolonyada çəkməklə 15 il alıb.

Məhkəmə rus gəncin ölümündə iştirak etmiş digər erməniləri hadisədə rolundan asılı olaraq səkkiz aydan iki ilə qədər məhkum edib. Kütləvi davanın daha altı fiqurantına qarşı cinayət işi davam edir.

Minvod mərkəzi xəstəxanasında kütləvi dava 2014-cü ildə baş verib. Sentyabrın 26-da 40-a yaxın erməni Stavropolda yerləşən Minvod mərkəzi xəstəxanasında kütləvi dava törədiblər. Mərkəzi rayon xəstəxanasının müşahidə kamareları tərəfindən bu özbaşınalıq qeydə alınıb.

Görüntülərdə qafqazlı olduqları ehtimal edilən 40-a yaxın gəncin xəstəxanaya girdiyi müşahidə olunur. Daha sonra onların erməni olduğu bəlli olub. Sentyabrın 26-da Minvod mərkəzi xəstəxanasında kütləvi dava zamanı döyülən 31 yaşlı Anatoli Larionov ölüb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq mühafizə orqanlarının apardığı araşdırmalardan məlum olub ki, bu hadisə sentyabrın 20-dən 21-ə keçən gecə baş vermiş davanın davamı olub. Kafedə başlamış davaya xəstəxanada son qoyulub. Məlum olub ki, davanın baş verməsinə səbəb erməni vətəndaşı Andranik Çakanyanın Roman S. adlı digər bir erməninin başına butulka ilə vurması olub.

Minvod mərkəzi xəstəxanasında kütləvi dava zamanı ermənilərin rus gənci öldürməsi yerli əhalini özündən çıxarıb. Sosial şəbəkədə yayılan informasiyalarda rusların bundan əvəz çıxmağa hazırlaşdığı bildirilib. Bu məqsədlə ruslar 2014-cü il oktyabrın 5 də yığışaraq ermənilərə hücüm etməyə hazırlaşıb. Sosial şəbəkədə davada iştirak edən ermənilərin şəkilləri yayılıb. (Ans)



AzVision.az


Teqlər:  





Xəbər lenti