Rusiyada silah əməliyyatı - Azərbaycanlı bərbər tutuldu

Rusiyada silah əməliyyatı - Azərbaycanlı bərbər tutuldu
  28 Oktyabr 2016    Oxunub:1680
Rusiyada silah alveri ilə məşğul olan azərbaycanlı həbs edilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, istintaqın yaydığı məlumata görə, Smolenskdə bərbər çalışan həmyerlimiz “Beretta” markalı tapanca daxil olmaqla iki ədəd tapança əldə edib və bu silahları “həmkarı” ilə birlikdə 50 min rubla satıb.

Həmçinin müttəhim iki əldəqayırma tapança və dörd patron alıb, onları Kaluqa sakininə 47 min rubla satıb. Bundan başqa saxlanılan həmyerlimiz bir ədəd Naqan, 37 ədəd kiçik çaplı patron, 53 ədəd yivli tapança və küstar üsulla hazırlanmış travmatik tapançaların satışında ittiham edilir.

Qeyd olunub ki, silah alverçisi olan azərbaycanlı FTX əməkdaşları tərəfindən saxlanılıb. Onun evində aparılan axtarış nəticəsində “PM” tapançası və ona aid 8 ədəd patron, polşa istehsalı “Kalaşnikov” avtomatı, Çexiya istehsalı müxtəlif silahlar, odlu silahların əsas hissələrinə aid ehtiyat hissələri və müxtəlif çaplı 90 ədəd patron aşkar edilərək götürülüb.

Həmyerlimiz həmçinin polisdən gizlənmək üçün saxta pasportla gəzirmiş. Adı açqılanmayan azərbaycanlı məhkəmə qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib, 20 min rub miqdarında cərimə edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti