Rusiyada güclü partlayış: Xeyli yaralı var

15:04   11 Yanvar 2017    Oxunub: 2488

Rusiyanın Saratov şəhərində yaşayış binasında partlayış baş verib.

AzVision.az “RİA Novosti" istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Məlumatlara əsasən, partlayışa səbəb binada qaz sızması olub. Partlayışdan sonra binada yanğın başlayıb.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Xilasedicilər binadan 16 sakini təxliyə ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər:  


Rubrikanın digər yazıları