Rusiya vətəndaşını Gəncədə qul kimi işlədiblər

Rusiya vətəndaşını Gəncədə qul kimi işlədiblər
  06 May 2016    Oxunub:1353
Gəncə şəhərində yaşayan şəxsin əcnəbi vətəndaşı məcburi əməyə cəlb etdiyi üzə çıxıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərində yaşayan Sahib Tağıyevə məxsus fərdi heyvandarlıq müəssisəsində Rusiya Federasiyası vətəndaşının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi müəyyən olunub.

Faktla əlaqədar cinayət işi başlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti