Rusiya və Türkiyə soyuqqanlı olmalıdır – Ruhani

Rusiya və Türkiyə soyuqqanlı olmalıdır – Ruhani
  25 Noyabr 2015    Oxunub:2959
Türkiyə və Rusiya baş vermiş hadisəni diqqətlə dəyərləndirməli və soyuqqanlı olmalıdırlar.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Suriyada rus təyyarəsinin vurulmasını şərh edərkən bildirib.

Bu arada İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də Rusiyalı həmkarı Sergey Lavrova zəng edərək son hadisələri müzakirə edib: “İran xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı qeyd edib ki, Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması Suriya ətrafında vəziyyəti gərginləşdirir”, - deyə İran XİN-in mətbuat xidmətinin rəhbəri Hüseyn Caber Ənsari bildirib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən gün Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti