Rusiya səfiri yenidən XİN-ə çağırıldı

Rusiya səfiri yenidən XİN-ə çağırıldı
  06 Oktyabr 2015    Oxunub:2050
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi bəyan edib ki, son üç gün ərzində Rusiya hərbi təyyarəsi ikinci dəfə bu ölkənin hava məkanını pozub.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən, məsələ ilə əlaqədar Rusiya səfiri yenidən ölkə XİN-nə çağırılaraq ondan izahat tələb olunub.

Qeyd edək ki, hadisə oktyabrın üçü Suriya ilə sərhəddə yerləşən Yaladağı şəhərində qeydə alınmışdı .Belə ki, Türkiyə HHQ məxsus iki “F-16” tipli təyyarə hava məkanında Rusiya qırıcısı aşkarlanmışdı. Bundan dərhal sonra Rusiya qırıcı Suriya istiqamətində Türkiyənin hava məkanını tərk etmişdi.

Türkiyə XİN-in rəsmi Moskvaya ünvanlandığı bəyanatında belə bir hallarının təkrarlanmamasına dair çağırış yer almışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti