Rusiya raketləri İrana düşdü

Rusiya raketləri İrana düşdü
  09 Oktyabr 2015    Oxunub:3582
Rusiyanın Xəzər donanmasının gəmilərindən Suriya ərazisində İŞİD mövqelərinə buraxılan raketlər İrana düşüb.
Bu barədə məlumatı CNN yayıb. Amerika kəşfiyyatının məlumatına əsasən, ən azı 4 raket İran ərazisində partlayıb.

Mənbənin məlumatına görə, əməliyyat zamanı səhv baş verib və raketlər İran ərazisinə düşüb.

Raketlərin harada partlaması barədə məlumat verilmir.

CNN xatırladır ki, Rusiyanın Xəzər donanmasının gəmiləri Xəzər dənizində yerləşir. Bu isə o deməkdir ki, raketlər Suriyadakı hədəflərə çatmaq üçün İran və İraq ərazisilərindən keçirlər.

Rusiyanın Müdafiə Nazirliyi Rusiya raketlərinin İrana düşməsi xəbərini təkzib edib.


Teqlər:  





Xəbər lenti